Binəqədi rayonunda içməli suyun verilməsində fasilə yaranacaq.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar rayonun 7-ci və 8-ci mikrorayonlarına gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.