Oktyabrın 30-dan noyabrın 5-nədək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 45 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.Qeyd edilib ki, ötən həftə analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 834 min 95 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 823 min 689 nəfər müalicə olunaraq sağalıb, 10 min 358 nəfər vəfat edib. Aktiv xəstə sayı 48 nəfərdir.
Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 184, bu günə qədər isə ümumilikdə 7 milyon 706 min 434 test icra olunub.