Azərbaycan gimnastları Böyük Britaniyanın Birmingem şəhərində keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya çempionatında iştirak edəcəklər.
Azərbaycan Gimnastika Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, turnirdə yığmanın 5 idmançısı mübarizə aparacaq.
Tamblinq növündə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədov, batut gimnastikasında isə Selcan Mahsudova qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, yarış noyabrın 9-12-də keçiriləcək.