Yaponiyanın Matsuyama şəhərində karatenin aşihara növü üzrə keçirilən dünya çempionatına yekun vurulub.
Azərbaycan Karate Federasiyasından YeniAvropa-ya bildirilib ki, yarışda milli komandamızın karateçiləri uğurla çıxış ediblər. Yığmanın üzvlərindən 60 kiloqram çəki dərəcəsində Musa Musazadə bütün rəqiblərinə qalib gələrək beşinci dəfə dünya çempionu tituluna yiyələnib.
14-15 yaşlı idmançıların yarışında Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Fərman Rəhimov isə mundialı üçüncü yerdə başa vurub.