logo

Serbiya prezidenti parlamenti buraxıb

17:57 01-11-2023 | icon 3955
Serbiya prezidenti parlamenti buraxıb

Serbiya prezidenti Aleksandar Vuçiç ölkə parlamentinin buraxılması barədə fərman imzalayıb.

YeniAvropa xəbər verir ki, fərmana əsasən, Serbiya Respublikasının Milli Assambleyası buraxılıb və növbədənkənar seçkilər təyin olunub.

Dekabrın 17-də paytaxt Belqrad da daxil olmaqla, 64 bələdiyyədə assambleyaya seçkilər keçiriləcək.

Qeyd edək ki, Serbiyada parlament seçkiləri gələn ilin iyununda keçirilməli idi.