Litvanın Kaunas şəhərində keçirilmiş Avropa çempionatında 3 qızıl və 1 gümüş medal qazanmış Azərbaycanın kudo üzrə millisi Vətənə qayıdıb.
YeniAvropa xəbər verir ki, idmançılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, Azərbaycan Koşiki Karate-do Federasiyasının rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, karateçilərdən -270 kateqoriyasında çıxış edən Vüsal Əliyev, -215 (U-19) kateqoriyasında mübarizə aparmış Sevinc Mövsümzadə və -250 kateqoriyasındakı Elbrus Səmədov qızıl medal əldə ediblər. -230 (U-19) kateqoriyasında qüvvəsini sınamış digər idmançımız Kənan İsmayılzadə isə gümüş medala sahib çıxıb.