logo

Blinken yenidən İsrailə gedir

09:02 01-11-2023 | icon 3444
Blinken yenidən İsrailə gedir

ABŞ dövlət katibi Antoni Blinken noyabrın 3-də İsrailə səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə  "Reuters" ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Belə ki, Blinken hökumət üzvləri ilə görüşmək üçün cümə günü İsrailə gəlmək niyyətindədir. Bundan sonra ABŞ dövlət katibi regionun bəzi ölkələrinə səfər etməyi planlaşdırır.

Regionda vəziyyətin kəskin pisləşməsi fonunda ABŞ dövlət katibi oktyabrın 11-13-də Yaxın Şərqdə səfərdə olub. O, İsrail, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misirdə dövlət  rəsmiləri ilə görüşüb. Bundan əlavə ABŞ prezidenti Cozef Bayden də oktyabrın 18-də birgünlük səfərlə İsraildə olub.