Bu gün “Qızıl top” mükafatının sahibi bəlli olacaq
"France Football" nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi "Qızıl top" mükafatının sahibi bu gün bəlli olacaq.
YeniAvropa xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdəki Şatle teatrında keçiriləcək.
"Qızıl top"a 30 futbolçu iddialıdır. Bunlardan 3-ü qapıçı, 3-ü müdafiəçi, 9-u yarımmüdafiəçi, 15-i isə hücumçudur.
Mükafata əsas namizədlər ABŞ-ın “İnter Mayami” klubundan Lionel Messi və Fransanın PSJ komandasından Kilian Mbappe hesab olunur.
Qapıçılar: Andre Onana (“Mançester Yunayted”, İngiltərə), Emiliano Martines (“Aston Villa”, İngiltərə), Yassin Bunu (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı)
Müdafiəçilər: Kim Min Ce (“Bavariya”, Almaniya), Yoşko Qvardiol, Ruben Diaş (hər ikisi "Mançester Siti", İngiltərə)
Yarımmüdafiəçilər: İlkay Gündoğan (“Barselona”, İspaniya), Kevin de Bröyne, Bernardu Silva, Rodri (hamısı "Mançester Siti"), Nikolo Barella ("İnter", İtaliya), Luka Modriç, Cud Bellingem (hər ikisi "Real Madrid", İspaniya), Martin Edeqor (“Arsenal”, İngiltərə), Xviça Kvaratsxeliya (“Napoli”, İtaliya)
Hücumçular: Kərim Benzema (“Al-Ittihad”, Səudiyyə Ərəbistanı), Lionel Messi (“İnter Mayami”, ABŞ), Erlinq Holann, Xulian Alvares (hər ikisi “Mançester Siti”), Camal Musiala, Harri Keyn (hər ikisi “Bavariya”, Almaniya), Kilian Mbappe, Randal Kolo Muani (hər ikisi PSJ, Fransa), Lautaro Martines (“İnter”, İtaliya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Robert Levandovski (“Barselona”), Viktor Osimhen (“Napoli”), Vinisius (“Real Madrid”), Antuan Qrizmann (“Atletiko”, İspaniya)
Qeyd edək ki, "Qızıl top" mükafatının qalibi dünyanın 96 jurnalistinin səsverməsi nəticəsində bəlli olur. Mükafata 2022-ci ildə Kərim Benzema sahib çıxıb. “Qızıl topu” ən çox qazanan futbolçu isə Lionel Messidir – 7 dəfə.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib