Türkiyə Cümhuriyyətinin qurulması münasibətilə hazırlanan “Yüzüncü il” marşı ölkənin Prezident Administrasiyası Simfonik Orkestrinin (CSO) ifasında ictimaiyyətə təqdim edilib.
YeniAvropa xəbər verir ki, marşın söz və bəstəsi Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi tərəfindən keçirilən müsabiqənin qalibi İlkər Kömürcüyə aiddir.
Marşın ilk dəfə səsləndirilməsində CSO ilə yanaşı Türkiyənin müxtəlif vilayətlərindən çox sayda xor kollektivi iştirak edib.
Davam edəcək konsertlərdə marşın 1500-dək xor ifaçısı tərəfindən birgə səsləndirilməsi nəzərdə tutulur.