Türkmənistan prezidenti Türkiyəyə rəsmi səfər edib
Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Türkiyəyə rəsmi səfər edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,Türkmənistan prezidenti Ankarada rəsmi mərasimlə qarşılanıb.
Təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdən sonra Ərdoğan və Berdiməhəmmədov, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbərləri tərəfindən iki ölkə arasında enerji, nəqliyyat, ticarət, iqlim dəyişikliyi, insan resursları, idman, təhsil və arxiv kimi sahələri əhatə edən 13 müqavilə imzalanıb.
Daha sonra liderlər birgə mətbuat konfransı keçiriblər.
Konfransda çıxış edən TürkiyəpPrezidenti bildirib ki, ortaq dil, din və mədəniyyətə sahib iki ölkə arasında mədəni münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq maraqlar əsasında hər gün daha da güclənərək inkişaf edir.
Öz növbəsində Türkiyə Respublikasının qurulmasının 100-cü ildönümü münasibətilə təbriklərini çatdıran Türkmənistan prezidenti Türkiyə tərəfi ilə qarşılıqlı dostluq və qardaşlıq münasibətləri çərçivəsində çox əhəmiyyətli görüşlər keçirdiklərini bildirib.
Görüş zamanı iki ölkə arasında müxtəlif əməkdaşlıq sahələri, eləcə də bölgədə və dünyada baş verən hadisələr barədə fikir mübadiləsi apardıqlarını deyən Prezident Berdiməhəmmədov Türkmənistan təbii qazının və elektrik enerjisinin Xəzər dənizi vasitəsilə Türkiyəyə nəqli, həmçinin iki ölkə arasında ticarət sahəsinin inkişafı məsələlərinin müzakirə olunduğunu deyib.
Qeyd edək ki, bu, Sərdar Berdiməhəmmədovun Türkmənistan prezidenti kimi Türkiyəyə ilk rəsmi səfəridir.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib