logo

Azərbaycan millisi FİFA reytinqində 120-ci sıraya yüksəlib

17:17 26-10-2023 | icon 1211
Azərbaycan millisi FİFA reytinqində 120-ci sıraya yüksəlib

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

YeniAvropa qurumun rəsmi saytına istinadən xəbər verir ki, ötən ay ilə müqayisədə Azərbaycan yığması 1 pillə irəliləyib. Canni De Byazinin baş məşqçisi olduğu yığma komandamız 1155 xalla 120-ci sırada qərarlaşıb.

Qeyd edək ki, son Dünya çempionu Argentina 1861,29 xalla reytinq cədvəlinə başçılıq edir. Fransa (1853,11) ikinci, Braziliya (1812.2) isə üçüncü yeri tutub. Türkiyə yığması isə 1498,5 xalla 38-ci mövqedə qərarlaşıb.