Gürcüstanın baş naziri İraklı Qaribaşvili Tbilisidə erməni həmkarı Nikol Paşinyanla görüşüb.
YeniAvropa xəbər verir ki, tərəflər iki ölkə arasındakı münasibətləri və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşdə, həmçinin regionda sülh və sabitliyin qorunmasının zəruriliyi, iqtisadiyyat və ticarət sahələrində gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Ermənistan hökumətinin rəhbəri Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu Forumunda iştirak etmək üçün Gürcüstanda bir günlük səfərdədir.