Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən “Böyük dəbilqə” turniri davam edir.
Azərbaycan Cüdo Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, bu gün yarışda iki çəki dərəcəsində dörd cüdoçumuz tatamiyə çıxacaq.
Kişilər arasında 90 kiloqram çəki dərəcəsində Vüqar Talıbov və Elcan Hacıyev, +100 kiloqram çəkidə isə Uşanqi Kokauri və Camal Qamzatxanov medallar uğrunda mübarizə aparacaqlar.