Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Böyük Dəbilqə turniri davam edir.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, yarışın ikinci günündə 2 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Kişilər arasında 73 kiloqram çəkidə İbrahim Əliyev və Rəşid Məmmədəliyev tatamiyə çıxacaq.
Qeyd edək ki, Azərbaycanı yarışda 14 cüdoçu təmsil edir. Turnir oktyabrın 26-da başa çatacaq.