Serbiyanın paytaxtı Belqradda uşaq taekvondoçular arasında Açıq Avropa birinciliyi keçirilib.
YeniAvropa xəbər verir ki, yarışda Azərbaycan idmançıları 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
A kateqoriyasında 27 kiloqram çəkidə Mehman Qənbərli qitənin ən güclüsü olub. O, finalda Omari Lapaçini (Gürcüstan) məğlub edərək, qızıl medala yiyələnib. Ülvi Məmmədov yalnız finalda məğlub olaraq, ikinci yeri tutub.
Yarışda bürünc medalları Harun Hüseynov (36 kiloqram), Zaur Hüseynov (36 kiloqram) və Nadir Paşayev (21 kiloqram, B kateqoriyası) qazanıblar.