logo

UEFA Avropa Liqası:“Bayer”- “Qarabağ” oyununun hakimləri bəlli olub

13:54 24-10-2023 | icon 1043
UEFA Avropa Liqası:“Bayer”- “Qarabağ” oyununun hakimləri bəlli olub

UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyada “Bayer” və “Qarabağ” komandaları arasında keçiriləcək III tur oyununun hakim təyinatları açıqlanıb.

YeniAvropa qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, matçı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Horatiu Fesnik olacaq. Ona yan xətt hakimləri Valentin Avraam və Aleksandru Çerey kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Sabolts Kovats yerinə yetirəcək. VAR hakimi italiyalı Paolo Valeri, onun köməkçisi isə portuqaliyalı Tiaqu Martinş olacaq.

Qeyd edək ki, oktyabrın 26-da “Bay Arena”da keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq