Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,UEFA Avropa Liqasının qrup mərhələsinin III turundakı “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasında Ə Ağayevə laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qarşılaşmada Azərbaycanın ədalət təmsilçilərinə VAR hakimləri qismində Alper Ulusoy və Abdulkadir Bitigen yardım edəcəklər.
Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.