logo

Azərbaycanın minifutbol millisi dünya çempionatına yola düşüb

09:07 24-10-2023 | icon 917
Azərbaycanın minifutbol millisi dünya çempionatına yola düşüb

Azərbaycanın minifutbol millisi Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

YeniAvropa xəbər verir ki,  16 oyunçudan ibarət yığma oktyabrın 24-də sözügedən ölkənin Ras el-Xayma şəhərinə yola düşüb.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının “G” qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.