logo

Belarusun 3 min yük maşını Aİ-yə keçmək üçün növbə gözləyir

14:13 23-10-2023 | icon 1498
Belarusun 3 min yük maşını Aİ-yə keçmək üçün növbə gözləyir

Belarusla Avropa İttifaqının sərhədində yük maşınlarının böyük növbələri yaranıb.

YeniAvropa xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Xidməti məlumat yayıb.

“Təxminən 3 min yük maşını Belarusdan Avropa İttifaqına keçmək üçün icazə gözləyir. Yerli vaxtla bu gün saat 10:00-a olan məlumata görə, bütün nəzarət-buraxılış məntəqələrində yük maşınlarından ibarət böyük növbələr yaranıb”, - deyə məlumatda bildirilir.

Ən yüklənmiş marşrut Litva ilə sərhəddə yerləşən “Myadininkay” məntəqəsində qeydə alınıb.

Bir müddət öncə Belarus Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, Latviyaya keçmək istəyən avtomobillərin növbəsi ay ərzində altı dəfə, Litvaya daxil olmaq istəyən avtomobillərin növbəsi isə iki dəfədən çox artıb.

Avropa İttifaqının Belarusla sərhədində bir neçə nəzarət-buraxılış məntəqəsi fəaliyyətini dayandırıb. Hazırda Litva ilə sərhəddə altı məntəqədən dördü, Polşa ilə sərhəddə altı məntəqədən ikisi, Litva ilə sərhəddə isə iki məntəqədən yalnız biri fəaliyyət göstərir.