logo

Daşkənddə azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirilib

20:03 30-12-2017 | icon 4571
Daşkənddə azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənddə yaşayan azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirib.YeniAvropa xəbər verir ki, Mədəniyyət Mərkəzində təşkil olunan şənlikdə təxminən 130-dan artıq azərbaycanlı uşaq iştirak edib.Mərkəzin əməkdaşı Kifayət Pirməmmədov uşaqları Yeni il bayramı münasibətilə təbrik edib, onlara cansağlığı, dərslərində əlaçı olmağı, valideynlərinə sevinc bəxş etmələrini arzulayıb.

Sonra səhnələşdirilmiş bayram tamaşası göstərilib, Şaxta baba, Qar qız, cizgi filmlərinin qəhrəmanları uşaqlara xoş anlar yaşadıblar.Şənlikdə müxtəlif viktorinalar keçirilib, qaliblərə hədiyyələr verilib.Sonda Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” və “Azərbaycan qartalları” uşaq rəqs ansambllarının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa ediblər.

Şənliyin sonunda uşaqlara Mədəniyyət Mərkəzinin adından bayram hədiyyələri verilib.