logo

Gürcüstan prezidentinin impiçmenti baş tutmayıb

19:20 18-10-2023 | icon 3934
Gürcüstan prezidentinin impiçmenti baş tutmayıb

Gürcüstan parlamentində ölkə prezidentinin impiçment məsələsi ilə bağlı müzakirələr başa çatıb və səsvermə olub.

YeniAvropa xəbər verir ki,  prezidentin impiçmenti yetərli səs toplamadığı üçün baş tutmayıb. Parlamentin 150 deputatından yalnız 86-sı impiçmentin lehinə səs verib, qərarın qəbulu üçün isə minimum 100 səs tələb edilirdi.

Xatırladaq ki, bazar ertəsi günü Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin hökumətin icazəsi olmadan Avropaya səfərlər etməklə ölkə konstitusiyasını pozduğunu müəyyən edib. Məhkəmənin doqquz hakimindən altısı bu qərarı dəstəkləyib.