logo

Kreml Paşinyanın Avropa Parlamentindəki çıxışını “təxribat” adlandırıb

12:52 18-10-2023 | icon 4606
Kreml Paşinyanın Avropa Parlamentindəki çıxışını “təxribat” adlandırıb

Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentində çıxışını məsuliyyətsizlik və təxribatçılıq kimi qiymətləndirir.

YeniAvropa xəbər verir ki, bu fikri "TASS" agentliyinə Kremldəki yüksək vəzifəli məmur söyləyib.

“Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını olduqca məsuliyyətsiz və təxribatçı çıxış kimi qiymətləndiririk. Bu, xüsusilə çıxışın Rusiya və Rusiya-Ermənistan münasibətlərinə dair hissəsinə aiddir. Ermənistanın Moldovadan sonra üçüncü Ukraynaya çevrildiyini görürük. Paşinyan isə iri addımlarla Vladimir Zelenskinin yolunu gedir”, - deyə məmur bildirib.