logo

Türkiyə 2028-ci ilədək olan yol xəritəsini açıqlayıb

15:55 17-10-2023 | icon 1785
Türkiyə 2028-ci ilədək olan yol xəritəsini açıqlayıb

Türkiyənin qarşıdakı beş ilini əhatə edəcək İnkişaf Planı hazırlanaraq parlamentə təqdim edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın X sosial media hesabından məlumat yayılıb.

Məlumatda deyilir: “2053 hədəfləri əsasında hazırladığımız və Türkiyənin gələcək beş ili üçün yol xəritəsi olacaq 12-ci İnkişaf Planımızı tamamladıq. QHT-lər, peşəkar təşkilatlar və iş dünyasının təmsilçiləri ilə ortaq fikir əsasında hazırlanan plan müzakirə üçün Türkiyə Böyük Millət Məclisinə təqdim edilib”.

Beş ana maddədən ibarət plan özündə “Bacarıqlı insan, möhkəm ailə, sağlam cəmiyyət”, “Sabit inkişaf, güclü iqtisadiyyat”, “Yaşıl və rəqəmsal transformasiya ilə rəqabətədavamlı istehsal”, “Təbii fəlakətlərə davamlı yaşayış sahələri, davamlı ətraf mühit” və “Ədalətə əsaslanan demokratik, yaxşı idarəçilik” bəndlərini əks etdirir.