logo

EURO-2024: Avstriyaya yığması Bakıda Azərbaycanı məğlub edib finala vəsiqə qazandı

22:12 16-10-2023 | icon 1757
EURO-2024: Avstriyaya yığması Bakıda Azərbaycanı məğlub edib finala vəsiqə qazandı

“EURO-2024”ün seçmə mərhələsində Bakıda Azərbaycan və Avstriya yığmaları arasında keçirilən qarşılaşma başa çatıb.

YeniAvropa xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan oyun Avstriya yığmasının qələbəsi (0:1) ilə başa çatıb.

Yeganə qolu 48-ci dəqiqədə rəqibin heyətində Marsel Sabitzer penaltidən vurub. Bununla da Avstriya "EURO-2024"ün final mərhələsinə vəsiqə qazanıb.