Azərbaycanın FIFA referisi Elçin Məsiyev və FIFA referi köməkçisi Vüsal Məmmədov UEFA-dan yeni təyinat alıb.
YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, onlar 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupunun oyunlarında ədalət qoruyacaqlar.
İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marino komandalarının mübarizə aparacağı bu qrupun matçları oktyabrın 25-dən 31-dək İtaliyada təşkil ediləcək.