logo

Cozef Baydenin yaxın günlərdə İsrailə səfəri gözlənilir

14:14 16-10-2023 | icon 1995
Cozef Baydenin yaxın günlərdə İsrailə səfəri gözlənilir

ABŞ prezidenti Cozef Bayden oktyabrın 18-i və ya 19-da İsrailə səfəri gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb. Məlumata görə, hazırda yəhudi dövlətində ABŞ liderinin səfərinə aktiv hazırlıq gedir.

Oktyabrın 15-də İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Cozef Baydeni yəhudi dövlətinə “həmrəylik səfərinə” dəvət edib. Digər təfərrüatlar açıqlanmır.

Bu ərəfədə ABŞ-ın dövlət katibi Entoni Blinken Yaxın Şərq turnesindən sonra yenidən İsrailə qayıdıb. “The Washington Post” qəzetinin yazdığına görə, o, Qüdsdə İsrailin baş naziri Binyamin Netanyahu və prezident İshaq Hersoq ilə, daha sonra Təl-Əviv şəhərində yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant və müxalifətin lideri, sabiq Baş nazir Yair Lapidlə görüşəcək. Entoni Blinkenin İordaniya, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misir liderləri ilə apardığı görüşlərin nəticələri barədə məlumat vermək üçün İsrailə qayıtdığı bildirilir.

Xatırladaq ki, bundan əvvəl Pentaqonun başçısı Lloyd Ostin də İsrailə səfər edib.