Futbol üzrə Azərbaycan milli komandası "EURO-2024"ün seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
YeniAvropa xəbər verir ki, yığma Bakıda Avstriya seçməsini qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
Avstriya yığması bugünkü oyunda qalib gəlsə, gələn il Almaniyada keçiriləcək qitə çempionatında iştirak hüququ qazanacaq.
F qrupunun digər qarşılaşmasında Belçika yığması evdə İsveçlə üz-üzə gələcək. “Qırmızı şeytanlar” artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər.
EURO-2024, seçmə mərhələ
VIII tur
16 oktyabr
20:00. Azərbaycan - Avstriya
Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
Xal durumu: Belçika – 16 (6 oyun), Avstriya – 13 (6), İsveç – 6 (5), Azərbaycan – 4 (5), Estoniya – 1 (6)