Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan idmançılar arasında blits üzrə dünya çempionu olub.
YeniAvropa xəbər verir ki, o, 11 oyundan 9,5 xal toplayaraq qızıl medal qazanıb.
Xanım şahmatçıların yarışında Gövhər Beydullayeva 7,5 xal toplamaqla liderdən 1 xal geri qalıb. Yekun nəticədə G.Beydullayeva blits üzrə turnirdə bürünc medalın sahibi olub.
Qeyd edək ki, iki gün əvvəl rapid üzrə dünya çempionatında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva birinci yerə layiq görülərək dünya çempionu olub. Beləliklə, Azərbaycanın iki şahmatçısı mötəbər yarışda ümumilikdə üç medal əldə edib.