İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında rapid üzrə dünya çempionatı keçirilib.
YeniAvropa xəbər verir ki, Azərbaycan şahmatçısı Gövhər Beydullayeva yarışda tarixi uğura imza atıb.
O, 9 oyundan 11 xal toplayaraq mundialı birinci pillədə başa vurub.
Azərbaycanın digər şahmatçısı Məhəmməd Muradlı isə 6,5 xalla 13-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, oktyabrın 13-də İtaliyada blits üzrə dünya çempionatı başlayacaq.