Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinin (ROK) bu təşkilatda üzvlüyünü dayandırıb.
YeniAvropa xəbər verir ki, bu barədə BOK-un rəsmi nümayəndəsi Mark Adams jurnalistlərə məlumat verib.
O bildirib ki, səbəb Rusiyanın Donetsk, Luqansk, Zaporojye və Xersonun olimpiya şuralarının ROK-a daxil edilməsidir.
BOK-un İcraiyyə Komitəsi vəziyyətin dəyişməsindən asılı olaraq gələcəkdə hər hansı qərar qəbul etmək hüququnu özündə saxlayıb.