logo

BƏƏ “Böyük Dəbilqə”sində 14 cüdoçumuz mübarizə aparacaq

12:12 12-10-2023 | icon 1253
BƏƏ “Böyük Dəbilqə”sində 14 cüdoçumuz mübarizə aparacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib.

YeniAvropa  Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, yarışda milli komandanın 14 üzvü qüvvəsini sınayacaq.

Kişilərin mübarizəsində Əhməd Yusifov, Rövşən Əliyev (hər ikisi 60 kiloqram), Ruslan Paşayev, Kəramət Hüseynov (hər ikisi 66 kiloqram), İbrahim Əliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kiloqram), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kiloqram), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kiloqram) çıxış edəcəklər.

Qadınların yarışında isə Leyla Əliyeva (48 kiloqram), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri 24-26 oktyabr tarixlərində keçiriləcək.