logo

Moskva Paşinyanın Ermənistanın siyasi kursunu dəyişməyəcəyinə hələ də ümid edir

11:11 12-10-2023 | icon 2492
Moskva Paşinyanın Ermənistanın siyasi kursunu dəyişməyəcəyinə hələ də ümid edir

Rəsmi Moskva  Nikol Paşinyanın Ermənistanın siyasi kursunu dəyişməyəcəyinə ümid bəsləyir.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, bir neçə gün əvvəl müsahibəsində N.Paşinyan ölkəsinin istinad nöqtəsini dəyişməyəcəyini vurğulamışdı.

"Ümidvaram ki, Ermənistanı başqa istiqamətə çəkməyə cəhd göstərilməsinə baxmayaraq, Nikol Paşinyan bu mövqeyinə sadiq qalacaq",-deyə Rusiya xarici işlər naziri vurğulayıb.