logo

Gələn il Ukraynanın Aİ üzvlüyü ilə bağlı danışıqlara başlanılacaq

21:11 11-10-2023 | icon 2086
Gələn il Ukraynanın Aİ üzvlüyü ilə bağlı danışıqlara başlanılacaq

Ukraynanın Avropa İttifaqına üzv olması ilə bağlı danışıqlar 2024-cü ilin birinci yarısında başlamalıdır.

YeniAvropa xəbər verir ki, bunu Brüsseldə prezident Volodimir Zelenski ilə Belçikanın baş naziri Aleksandr De Kroo arasında görüşdən sonra Ukrayna prezident Ofisinin rəhbərinin müavini İqor Jovkv bildirib.

“Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara Belçikanın Aİ Şurasına sədrliyi dövründə, 2024-cü ilin birinci yarısında faktiki start veriləcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, ötən il Ukrayna Avropa İttifaqına üzvlük üçün namizəd statusu alıb. İndi isə Aİ-yə qəbul olunmaq üçün bir sıra şərtləri yerinə yetirməlidir.