logo

Bakıda Atatürkün həyatından bəhs edən film nümayiş olunacaq

13:53 11-10-2023 | icon 7994
Bakıda Atatürkün həyatından bəhs edən film nümayiş olunacaq

Türkiyə Cümhuriyyətinin qurucusu, böyük türk xalqının xilaskarı, qazi Mustafa Kamal Atatürkün həyatından bəhs edən “Zübeydə, Analar və Oğullar” filminin Bakıda qala gecəsi baş tutacaq.

YeniAvropa xəbər verir ki, filmdə baş rolları aktrisa Aslıhan Güner Kılıç, Emre Kınay, Turgay Tanülkü və Alican Yücesoy canlandırıb.

Ssenari müəllifi Murat Arslan tərəfindən yazılan “Zübeydə, Analar və Oğullar” filmi Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürklə Zübeydə xanım arasındakı münasibətdən, Mustafa Kamalın liderlik hekayəsindən bəhs edir.

Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç bildirib ki, “Zübeydə, Analar və Oğullar” filmi Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Film böyük öndərin mübarizələrlə dolu həyatından, Türkiyə Cümhuriyyətinin hansı şəraitdə qurulmasından, Atatürk və anası Zübeydə xanımdan bəhs edir.

Qeyd edək ki, "Zübeydə, Analar və Oğullar" oktyabrın 12-də Bakıda bütün kinoteatrlarda yayımlanacaq.