logo

Zelenski növbəti dəfə Ukrayna prezidenti olacaqmı?

11:55 11-10-2023 | icon 1582
Zelenski növbəti dəfə Ukrayna prezidenti olacaqmı?

Ukrayna prezidenti Volodimir Zelenski müharibə bitdikdən sonra ikinci müddətə prezidentliyə namizəd olmayacağını bildirib. Amma prezident seçkiləri müharibə zamanı keçirilsə, namizədliyini irəli sürəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı “Digi24” telekanalına müsahibəsində söyləyib.

“Müharibə davam etsə - hə, müharibə bitsə - yox. Müharibə zamanı mən qaça bilmərəm”, - Zelenski müvafiq suala cavabında belə deyib.

Eyni zamanda, V.Zelenski müharibənin bitməsinin dəqiq tarixi barədə fikir bildirməyib, lakin Ukraynanın “son mərhələdə” olduğunu vurğulayıb: “Düşünürəm ki, biz son mərhələdəyik. Çoxlu pulumuz, silahlarımız var, lakin sonuncu hissədə, ən çətin mərhələdəyik”.