logo

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə zəng edib

22:32 10-10-2023 | icon 1526
Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə zəng edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, danışıq əsnasında iki lider İsrail və Fələstin arasında narahatlıq doğuran münaqişənin gedişatı, gərginliyin daha da artmasının qarşısının alınması və bölgədəki humanitar ehtiyacların qarşılanması üçün atıla biləcək addımları müzakirə ediblər.

Prezident Ərdoğan mülki yaşayış məntəqələrinin hədəf alınmasının narahatlıq doğurduğunu və bu cür təşəbbüslərin Türkiyə tərəfindən müsbət qarşılanmadığını bildirib.

Türkiyə prezidenti ölkəsinin bölgədə əmin-amanlığın təmin edilməsi üçün əlindən gələni etməyə çalışacağını vurğulayıb.