UEFA futzal üzrə Ermənistan milli komandasını cəzalandırıb.
YeniAvropa Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna DÇ-2024-ün seçmə mərhələsinin Finlandiya ilə ev matçında Ermənistan yığmasının heyətində bu ölkənin vətəndaşı olmayan braziliyalı legionerlərin meydana çıxması səbəb olub.
Məsələni araşdıran UEFA Ermənistan seçməsinə 0:5 hesablı texniki məğlubiyyət verib.
Qeyd edək ki, sözügedən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.