logo

UEFA: "EURO-2032" Türkiyə və İtaliyada keçiriləcək

14:44 10-10-2023 | icon 945
UEFA: "EURO-2032" Türkiyə və İtaliyada keçiriləcək

Futbol üzrə 2028 və 2032-ci il Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr açıqlanıb.

YeniAvropa  UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki,"EURO-2028" Böyük Britaniya və İrlandiyada, "EURO-2032" isə Türkiyə və İtaliyada təşkil olunacaq.

2028-ci ildəki turnirin matçları Belfast, Birmingem, Kardiff, Dublin, Qlazqo, Liverpul, London, Mançester və Nyukasl şəhərlərindəki müvafiq stadionlarda oynanılacaq.

Qeyd edək ki, 2024-cü il Avropa çempionatı Almaniyada keçiriləcək.