logo

EURO-2024: Estoniya – Azərbaycan matçını almaniyalı hakimlər idarə edəcək

12:12 10-10-2023 | icon 1113
EURO-2024: Estoniya – Azərbaycan matçını almaniyalı hakimlər idarə edəcək

AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Azərbaycan yığmaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.

YeniAvropa xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Robert Şröder olacaq. Ona yan xətt hakimləri Kristian Gittelmann və Robert Vessel kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Florian Badştübner yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-də Tallindəki “Le Kok Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.