Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Çinin Tayyuan şəhərində keçirilən Qran-Pridə qızıl medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, idmançı 80 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bütün rəqiblərinə qalib gələn Ə.Abuzərli yarışda Azərbaycan Himnini səsləndirib.