logo

Bakıda Polşa Film Festivalı başlayır

14:34 09-10-2023 | icon 6643
Bakıda Polşa Film Festivalı başlayır

Oktyabrın 10-da Bakıda Polşa Film Festivalı keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Nizami Kino Mərkəzində baş tutacaq festival çərçivəsində Polşa istehsalı olan “Solid Gold”, “Bread and salt”, “Filip” və “Supernova” filmləri nümayiş etdiriləcək. Filmlər Azərbaycan dilində subtitrlə olmaqla polyak dilində göstəriləcək.

Tədbirə Polşa Kinematoqrafçılar Assosiasiyasının prezidenti Jacek Bromski də qatılacaq.

Festivala oktyabrın 13-də yekun vurulacaq.