İsraildə ehtiyatda olan təxminən 300 min hərbçi orduya çağırılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə “The Yeruselim Post”a məlumat yayıb.
Xəbərdə bildirilir ki, onlar “Dəmir Qılınclar” əməliyyatına cəlb olunacaqlar.
Məlumata görə, bu, İsrail tarixindəki ən böyük səfərbərlikdir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.