Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsrail - İsveçrə oyununu təxirə salmaq qərarına gəlib.
YeniAvropa xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Oyun oktyabrın 12-də İsraildə keçirilməli idi. UEFA, həmçinin ölkədə planlaşdırılan digər oyunları da təxirə salıb.
Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumu nəticəsində çoxlu sayda insan həlak olub. Ölkədə “müharibə vəziyyəti” elan edilib.