logo

UEFA Avropa Liqası: “Qarabağ” bu gün İsveç klubu ilə qarşılaş;r

09:09 05-10-2023 | icon 1967
UEFA Avropa Liqası: “Qarabağ” bu gün İsveç klubu ilə qarşılaş;r

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyununu keçirəcək.

YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi İsveçdə “Hekken” klubunun qonağı olacaq. “Ullevi” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

“Köhlən atlar”ın heyətində müdafiəçilər – Bəhlul Mustafazadə ilə Marko Veşoviç zədə səbəbindən meydana çıxa bilməyəcəklər.

 

Avropa Liqası

Qrup mərhələsi, II tur

5 oktyabr

23:00. “Hekken” (İsveç) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Sebastian Qishamer (Avstriya).

Höteborq. “Ullevi” stadionu.

Xal durumu: “Bayer” (Almaniya) – 3, “Qarabağ” (Azərbaycan) – 3, “Molde” (Norveç) – 0, “Hekken” – 0.

Qeyd edək ki, bu qrupun digər oyununda Almaniya “Bayer”I Norveçdə “Molde” ilə üz-üzə gələcək.