logo

Nobel mükafatına layiq görülən kimyaçı alimlərin adları açıqlanıb

13:43 04-10-2023 | icon 2835
Nobel mükafatına layiq görülən kimyaçı alimlərin adları açıqlanıb

2023-cü il üzrə kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb.

YeniAvropa xəbər verir ki, Nobel Komitəsi oktyabrın 4-də Massaçusets Texnologiya İnstitutundan (ABŞ) Munqi Bavendinin, Kolumbiya Universitetindən (ABŞ) Luis Bryusun və rusiyalı alim Aleksey Yekimovun 2023-cü il üzrə Kimya sahəsində Nobel mükafatına layiq görüldüklərini elan edib. Onlar bu mükafata “kvant nöqtələrinin kəşfi və sintezinə” görə layiq görülüblər.