logo

İncəsənət ustalarımız Polşada Musiqi Festivalında iştirak ediblər

18:19 03-10-2023 | icon 4529
İncəsənət ustalarımız Polşada Musiqi Festivalında iştirak ediblər

Mədəniyyət Nazirliyi və Azərbaycanın Polşadakı səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan incəsənət ustaları Polşada keçirilən 61-ci Bıdqoşç Musiqi Festivalında iştirak ediblər.

Mədəniyyət Nazirliyindən YeniAvropa-ya bildirilib ki, Nisbət Sədrayeva (xanəndə), Hüseyn Məlikov (xanəndə), Rövşən Qurbanov (tar), Toğrul Əsədullayev (kamança), Rafael Əsgərov (balaban) və Vüsal Bayramovdan (nağara) ibarət olan muğam qrupu festival çərçivəsində konsert proqramı ilə çıxış edib.

Azərbaycan bəstəkar və xalq mahnılarının, eləcə də muğamların yer aldığı rəngarəng proqram polşalı dinləyicilər tərəfindən maraqla qarşılanıb.