AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA-dan növbəti təyinat alıb.
YeniAvropa milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində Serbiyada “Baçka Topola” və Yunanıstan “Olimpiakos”u arasında keçiriləcək oyunun hakim-inspektoru olacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 5-də TSC Arenada baş tutacaq.