Ermənistan parlamenti Roma statutunu ratifikasiya etdi-Putinin ölkəyə girişi yasaqlandı
Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib.
YeniAvropa xəbər verir ki, Ermənistan parlamentinin 60 deputatı statutun ratifikasiyasının lehinə, 20-si isə əleyhinə səs verib.
Parlamentin müxalif fraksiyaları sənədin qəbulunun ölkənin maraqlarına cavab vermədiyini və siyasi məqsədlər güddüyünü bəyan ediblər. Onların fikrincə, hakimiyyət orqanlarının bu addımı Rusiya ilə müttəfiqlik münasibətlərini zərbə altında qoyur ki, bunun Ermənistan üçün ağır nəticələri ola bilər.
Bir müddət öncə Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistanda Roma statutunun ratifikasiyasının ikitərəfli münasibətlərə ciddi zərər vuracağı və Moskvanın cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.
Ermənistan parlamenti sənədi ratifikasiya etməklə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barəsində həbs qərarı çıxarılan Rusiya prezidenti Vladimir Putinin bu ölkə ərazisinə girişi imkansız olub.