logo

UEFA Çempionlar Liqası: “Qalatasaray” “Mançester Yunayted”ə qarşı

10:10 03-10-2023 | icon 1995
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Mançester Yunayted”ə qarşı

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun matçlarına start veriləcək.

YeniAvropa xəbər verir ki, ilk oyun günündə dörd qrupda səkkiz qarşılaşma baş tutacaq.

A qrupunda mübarizə aparan Türkiyə “Qalatasaray”ı İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq. Bu qrupun digər matçında “Kopenhagen” klubu Danimarkada Almaniya “Bavariya”sını qəbul edəcək.

B qrupunda İngiltərə “Arsenal”ı Fransada “Lans”la, İspaniya “Sevilya”sı isə Niderlandda PSV ilə qarşılaşacaq.

C qrupunda Almaniya “Union”u evdə Portuqaliya təmsilçisi “Braqa”nı sınağa çəkəcək. Gecənin ən maraqla gözlənilən oyunlarından biri İtaliyada “Napoli” ilə İspaniya “Real Madrid”i arasında keçiriləcək.

D qrupunda isə Avstriya “Zaltsburq”u İspaniya “Real Sosyedad”ını, İtaliya “İnter”i isə Portuqaliya “Benfika”sını qəbul edəcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, II tur

3 oktyabr

A qrupu

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Qalatasaray" (Türkiyə)

23:00. "Kopenhagen" (Danimarka) - "Bavariya" (Almaniya)

Xal durumu: "Bavariya" - 3, "Qalatasaray" - 1, "Kopenhagen" - 1, "Mançester Yunayted" - 0

B qrupu

23:00. “Lans” (Fransa) - “Arsenal” (İngiltərə)

23:00. PSV (Niderland) - “Sevilya” (İspaniya)

Xal durumu: "Arsenal" - 3, "Lans" - 1, "Sevilya" - 1, PSV - 0

C qrupu

20:45. “Union” (Berlin, Almaniya) - “Braqa” (Portuqaliya)

23:00. "Napoli" (İtaliya) - "Real" (İspaniya)

Xal durumu: "Napoli" - 3, "Real" - 3, “Braqa” - 0, “Union” - 0

D qrupu

20:45. “Zaltsburq” (Avstriya) - “Real Sosyedad” (İspaniya)

23:00. “İnter” (İtaliya) - “Benfika” (Portuqaliya)

Xal durumu: “Zaltsburq” - 3, “İnter” - 1, “Real Sosyedad” - 1, “Benfika” – 0

Qeyd edək ki, II turun digər matçları oktyabrın 4-də keçiriləcək.