Oktyabrın 3-də Ermənistan parlamentinin plenar iclasında Roma statutunun ratifikasiyası məsələsi müzakirə olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə yerli “Joqovurd”(“Xalq”) qəzeti məlumat yayıb.
Ölkə parlamentində qızğın müzakirələrin aparılacağı gözlənilir.
Qəzetin yazdığına görə, iclasda başqa vacib məsələlər barədə də fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qiyabi həbs qərarı çıxarıb.
Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə Putinin bu ölkə ərazisinə səfəri mümkün olmayacaq.